(R) “Nar Mobile” “Operational Excellence in HR” beynəlxalq sammitində təmsil olundu
01 aprel 2015 12:45 (UTC +04:00)

(R) “Nar Mobile” “Operational Excellence in HR” beynəlxalq sammitində təmsil olundu

 

 

İnsan resursları üzrə direktor Mətanət Babayeva Barselonada keçirilən nüfuzlu tədbirdə çıxış etdi

 

“Nar Mobile” beynəlxalq təcrübədən yararlanmağa və öz yeniliklərini dünya ictimaiyyəti ilə bölüşməyə davam edir. Şirkətin rəhbər işçiləri nüfuzlu beynəlxalq sammitlərdə, konfrans və forumlarda iştirak edərək, beynəlxalq biznes mühitində cərəyan edən prosesləri öyrənir, təcrübə mübadiləsi aparırlar. Sonuncu belə bir forum 25-26 mart 2015-ci il tarixdə, İspaniyanın Barselona şəhərində keçirildi. İnsan resursları problemlərinin araşdırılması məsələsinə həsr edilmiş sammitdə “Nar Mobile”ın insan resursları üzrə direktoru Mətanət Babayeva şirkəti təmsil etdi.

 

Tədbirdə çıxış edən xanım Babayeva “Nar Mobile”ın uğurlu kadr siyasətindən bəhs edərək, insan potensialını dəyərləndirmənin vacibliyi, iş mühiti və işgüzar şərait, eləcə də əməkdaşlar üçün təşkil edilən effektiv proqramlardan danışdı. Bu çıxış digər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı. İkigünlük sammit uğurlu biznesin əsasını təşkil edən insan resursları problemlərinin öyrənilməsi baxımından çox səmərəli və məhsuldar oldu.

 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.  “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar