"Bakı Metropoliteni"ndə əmək qanunverciliyinə dair təlim keçirilib
19 oktyabr 2016 14:02 (UTC +04:00)

"Bakı Metropoliteni"ndə əmək qanunverciliyinə dair təlim keçirilib

"Bakı Metropoliteni" QSC-nin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib. Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, təlimin təşkil olunmasında məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
 

Müəssisənin təlim-tədris mərkəzində “Əmək qanunvericiliyi və kadr işinin təşkili” mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə Azərbaycan Respublikasının əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əmək haqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək haqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub. İnsan resursları şöbəsinin təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlarına sertifikatlar təqdim olunub.


Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əməkdaşlarının peşəkarlığının artırılmasını daim diqqət mərkəzində saxlayır. Müəssisənin müxtəlif sahələrində çalışan əməkdaşları ilə yanaşı, kadr sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə hazırlığının təkmilləşdirilməsi, o cümlədən iş təcrübəsinin yüksəldilməsi məqsədilə mütəmadi seminar və təlimlər təşkil olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar