<b>Vergilər Nazirliyinin səlahiyyəti <span style="color:red;">ARTIRILDI </b>
15 may 2019 16:17 (UTC +04:00)

Vergilər Nazirliyinin səlahiyyəti ARTIRILDI

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı və idxalı ilə əlaqədar aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Vergilər Nazirliyinə həvalə edilib. 
 
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda etdiyi dəyişiklikdə əksini tapıb. 
 
Qeyd edək Ki, Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalının və onların ölkəyə idxalının qarşısını almaq məqsədi ilə belə məhsulların istehsalı və idxalı yalnız aksiz markalarının tətbiqi əsasında həyata keçirilir. Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması sahəsində səlahyiyət Maliyyə Nazirliyinə məxsus olub. 
 
Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmana əsasən Maliyyə Nazirliyinin bu sahədə səlahiyyəti Vergilər Nazirliyinə həvalə edilib. 
# 1584
avatar

Oxşar yazılar

Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

20 may 2024 , 13:20
Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

20 may 2024 , 12:58
Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ  baş tutdu

Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ baş tutdu

20 may 2024 , 12:30
"Malakan bağı"  belə olacaq -  FOTOLENT

"Malakan bağı" belə olacaq - FOTOLENT

20 may 2024 , 12:27