
Şənbə günü hava necə olacaq? - PROQNOZ
Oktyabrın 7-si üçün gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar yazılar

Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34
İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17