“İçkili maşın sürən qadınları himayə edənlər açıqlanmalıdır” - <span style="color:red;">Millət vəkili
16 mart 2015 18:24 (UTC +04:00)

“İçkili maşın sürən qadınları himayə edənlər açıqlanmalıdır” - Millət vəkili

 

“İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə! Onlar da içib bara gedirlər...” 
 

 

Lent.az-ın “AzVision.az”a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

 

Millət vəkili son günlər içkili vəziyyətdə sükan arxasına oturan qadınların sayının artmasına münasibət bildirib. 

 

O qeyd edib ki, qadınların içki içmələri, əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu, çox təhlükəli bir haldır: 

“Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Hesab edirəm ki, Rusiya ilə müqayisədə Azərbaycanda daha çox içki içilir. Bu, çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prosesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır”.

 

Deputatın sözlərinə görə, içkili vəziyyətdə avtomobil idarə edən qadınların öz himayədarları var: 

“Qadınların içkili formada maşın idarə etmələri daha çox onların himayə olunmaları ilə bağlıdır. Özünə arxayın olmayan adam içkili formada sükan arxasına oturmur. Bəzi şəxslər öz himayələrində olan və qeyri-qanuni formada münasibət qurduqları qadınlara maşın alıb verirlər və onları küçəyə buraxırlar. Nəticədə həmin qadınlar yollarda bildiklərini edirlər”. 

 

Millət vəkili qadınların maşın sürməsinin əleyhinə olmadığını deyib: “Təbii ki, qadınların maşın sürməsinin tərəfdarıyam. Azərbaycanda kifayət qədər normal ailə həyatı olan qadınlar avtomobil idarə edirlər. Onlar öz övladlarını məktəbə aparırlar və müəyyən dərəcədə ailənin yükünü öz üzərlərinə götürürlər. Bu, çox müsbət bir haldır”.

 

F. Mustafa həmçinin bildirib ki, qadınların içki içmələri məsələsinə xüsusi diqqət ayrılmalıdır: “Neqativ halların sayı artmaqdadır. Bu problemin çıxış yolu isə ictimai müzakirədən keçir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Qadınların içkiyə meylli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prosesi gedir. Fahişəlik baş alıb gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil”. 

O qeyd edib ki, Azərbaycanda fahişəliklə məşğul olan qadınların sayı durmadan artır: “Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlərdə açıq-aşkar fahişəlik geniş yayılıb. Bunların qarşını ictimai qınaqla almaq mümkündür. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Bu problemə ictimaiyyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamasına  çalışmalıdır”. 

 

Deputatın sözlərinə görə, əxlaqsız qadınları himayə edənlər ifşa edilməlidir: "İçkili vəziyyətdə sükan arxasına oturan qadınların böyük əksəriyyəti özlərinə maşın almaq iqtidarında deyillər. Onlar guya sahibkardırlar? Guya həmin qadınlar iş adamlarıdırlar və pulları çoxdur? Onlar kiminsə himayəsindədirlər. Həmin qadınlara maşını qeyri-qanuni münasibətdə olduqları adamlar alırlar. Ya da ki, vəzifəli şəxslər bolluq deyə öz yaxınlarına maşın alıb verilər. Bu isə cəmiyyət üçün təhlükəyə çevrilir. Həmin qadınları kimlərin himayə etmələri açıqlanmalıdır. Həmin şəxslərdən soruşmaq lazımdır ki, elə qadınlara niyə maşın alırsınız? Ona görə də belə problemlər üzə çıxır”-deyə F.Mustafa qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar