“Əli və Nino”: əfsanə yenidən canlandı
10 oktyabr 2016 19:39 (UTC +04:00)

“Əli və Nino”: əfsanə yenidən canlandı

Mehriban Zəki - əməkdar artist

 

Bügünkü “Manşet”də ötən həftə təqdimatı keçirilmiş “Əli və Nino” filmi ilə bağlı əməkdar artist Mehriban Zəki aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

- Bu film Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq. Hər kəsə məlumdur ki, filmin uğurlu olması həm də çəkiliş heyətinin peşəkarlığından asılıdır. "Əli və Nino" filmi Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən çəkilir. Filmin beynəlxalq satış məsələləri "IM Global" şirkətinə həvalə olunmuşdu.

 

-         Tamaşaçı bu filmi gözləyirdi, ona görə də maraqla qarşıladı. “Əli və Nino” əsəri multukultural əsərdir. Əsərin müəllifi ilə bağlı müzakirələr davam etsə də, bu əsər Azərbaycan barədədir və Azərbaycanı dünyaya, tanıdıb, sevdirib.

 

- Şübhəsiz ki, filmdə həmin dövrü ən yaxşı göstərən məqamlardan biri kostyumlardır. Bu iş tarixi kostyumların tikilməsi üzrə mütəxəssis, ABŞ prezidenti Barak Obamanın sevimli "Taxt-tac oyunu" serialının kostyumları üzrə dizayner Mişel Kleptona həvalə olunmuşdu. Britaniyalı usta məhz bu serialdakı işinə görə bir çox nüfuzlu mükafatlara, o cümlədən, "Emmi" mükafatına layiq görülüb.

 

  • Vizual effektlər üzrə icraçı prodüser Lyusi Eynsvort-Teylordur. Onun son işlərindən biri bu il "Oskar" mükafatına 8 nominasiyada namizəd olan və "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında qalib gələn "İmitasiya oyunu" filmidir. Bundan başqa, Lyusi "Oskar" mükafatlı "Dəmir ledi" və "Çəhrayı rəngdə həyat" filmlərinin və hazırda böyük maraqla izlənən "Taxt-tac oyunu" serialının vizual effektlər üzrə prodüseri kimi çalışıb.

    - "Əli və Nino"nun qrafik dizayneri türk əsilli Bilun Bilmandır. Bilmanın son işi bu il işıq üzü görən, rejissoru və baş rol ifaçısı Rassel Krounun olduğu və tarixi "Çanaqqala" savaşına həsr olunmuş "Su axtaran" filmidir.
  •  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar