“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq. Xidmətdən Lent.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 4 yanvardan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
“ASAN xidmət” mərkəzləri bayram günlərində işləməyəcək
238