<b>7 yaşlı  Nərmini xilas edək </b>
07 oktyabr 2016 10:20 (UTC +04:00)

7 yaşlı Nərmini xilas edək

 

7 yaşlı Nərmin Həsənovanın yardımınıza ehtiyacı var.

 

İki ay əvvəl Nərminə leykoz ( qan xərçəngi) diaqnozu qoyulub.

 

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimləri ailəyə uşağın müalicəsinin Türkiyədə mümkün olacağını deyib. Hal-hazırda Nərminin müalicəsi İstanbulun Göztepe Medikalpark xəstəxanasında davam edir. Artıq kimyaterapiyanın ikinci kursu bitib.  Nərminin müalicəsini aparan həkimlər nəticələrin qənaətbəxş olduğunu və Nərminin sağalma şansının çox olduğunu söyləyirlər.

Lakin maddi sıxıntısı olan ailənin müalicəni davam etdirmək üçün köməyə ehtiyacı var. Nərminin kimyaterapiya müalicəsi üçün 55 min dollar, sümük iliyinin nəqli əməliyyatı üçün isə 120 min dollar pul lazımdır. Lent.az olaraq sizi Nərminin valideynlərinə kömək olmağa və  uşağı ailəsinə bağışlamağa çağırırıq.

 

Yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər:

Fuad Həsənov (uşağın atası) ( 050) 283-10-79

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar