12 qüsurlu uşaq evdə təhsil almaq istəyir –<span style="color:red;"> BŞTİ
26 may 2017 16:33 (UTC +04:00)

12 qüsurlu uşaq evdə təhsil almaq istəyir – BŞTİ

2017-2018-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərinə qəbul almaq istəyən 12 nəfər sağlamlıq imkanı məhdud uşaq evdə təhsilə cəlb olunmaq üçün sistemdə qeydiyyatdan keçib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq müvafiq sənədlərlə birlikdə həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün elektron qeydiyyat isə ümumi qaydada həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Fərizə Əhmədova

Oxşar yazılar