Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO ®
03 dekabr 2022 10:47 (UTC +04:00)

Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO®

“Xalq” Bankın “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunub.

Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət nümayəndələrinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğunu, Azərbaycan təsviri-sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, nəşr Azərbaycan və ingilis dillərində hazırlanıb. 

Natiqlər “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan da bəhs ediblər.

Məlumat üçün onu da bildirək ki, Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.

Dekabr ayının 4-dən başlayaraq “Xalq” Bankın əsas binasında Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya fəaliyyət göstərəcək.

Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

# 1224
avatar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05