Uşaq pulu   ilə bağlı deputatdan YENİ TƏKLİF
11 noyabr 2022 13:26 (UTC +04:00)

Uşaq pulu ilə bağlı deputatdan YENİ TƏKLİF

“Bu gün ünvanlı sosial yardım siyasəti həyata keçirilir. Yaxşı olmazdımı ki, bu məfhum, yardım paketini biz uşaq pulu adına transfer edək?”

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Fəzail Ağamalı deyib.

“O ailədə ünvanlı sosial yardım olur ki, onlar çoxuşaqlıdırlar və ailədə bir nəfərdən artıq işləmir. O da indiki reallıqda 500-600 manat ailə gəliri deməkdir. Bəlkə bunun da üzərində düşünülsün?” - deputat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432
avatar

Oxşar yazılar