85 yaşlı Səkinə Həsənova
02 iyun 2021 12:00 (UTC +04:00)

85 yaşlı Səkinə Həsənova

"Tövlədə zəncirlənən ahıl qadın küçələrdən zibil yığaraq yaşayırdı" - YENİ FAKTLAR

“Hazırda yayılan video ilə bağlı Qəzənfər Hacıyevin evinə gedirik”.

Bu sözləri Lent.az-a açıqlamasında Gədəbəy Rayon İcra Hakimiyyətinin Novoivanovka kəndi üzrə nümayəndəsi Bahəddin Tağıyev deyib. O bildirib ki, 87 yaşlı Səkinə Həsənova Qəzənfərin evində yaşayıb:

“Onların uzaq qohumluğu var. Belə ki, Səkinə xanım Qəzənfər bəyin bibisi qızıdır. Yaşlı qadının özü bura qeydiyyatında deyil, Daşkəsən qeydiyyatındadır. 

O əvvəllər burada bacısı ilə birgə yaşayırdı. Bir neçə il qabaq bacısı öləndən sonra isə Qəzənfərin evində qalmağa başladı. Onun burada bacısı oğlanları qalır, ancaq ona sahib çıxmırlar”.

B.Tağıyev qeyd edib ki, 87 yaşlı Səkinə Həsənova ruhi xəstə olması barədə də iddialar var:

“Səkinə Həsənova küçələrdən zibil yığaraq yaşayırdı. İndi onu kimin videoya çəkməsi, nə üçün tövlədə saxlanılmağı barədə məlumatları dəqiqləşdirmək üçün ora gedirik”.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə saytımıza açıqlamasında bildirib ki, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib:

"Dərhal polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək".

E.Qasımov əlavə edib ki, 1934-cü il təvəllüdlü Səkinə Həsənova nəzarətə götürülüb və aidiyyəti orqanlara məlumat göndərilib.

Xatırladaq ki, “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadənin sosial şəbəkə hesabında yaydığı video və məlumata görə, Gədəbəyin İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalan ahıl qadın Səkinə Həsənova boğazında kəndir, əl-qolu bağlı vəziyyətdə, ac-susuz tövlədə saxlanılır.

# 4635
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar