Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Bakıya gətirildi -VİDEO
28 dekabr 2024 23:43 (UTC +04:00)

Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Bakıya gətirildi -VİDEO

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib.

Lent.az xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarənin bələdçisi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.

Ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar