Boksçu titul qazandıqdan  bir həftə sonra öldü
29 dekabr 2024 15:41 (UTC +04:00)

Boksçu titul qazandıqdan bir həftə sonra öldü

Puerto-rikolu WBA Gold ağır çəkili kəmər sahibi Pol Bamba titul qazandıqdan bir həftə sonra vəfat edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərnə görə, faciəli xəbəri onun meneceri, müğənni və prodüseri Ne-Yo açıqlayıb. 35 yaşlı idmançının ölüm səbəbləri hələlik açıqlanmayıb.

Bamba boks karyerasına 2021-ci ildə başlayıb və bu il mühüm uğur qazanıb. 2024-cü ildə Puerto-rikolu 14 döyüş keçirib və hər birində qalib gəlib. Dekabrın 21-də keçirilən son döyüşündə Bamba meksikalı Rogelio Medina Lunaya altıncı raundda texniki nokautla qalib gələrək WBA Gold titulunu qazanıb.

Ümumilikdə, peşəkar karyerası ərzində Bamba 22 döyüş keçirib, 19 qələbə qazanıb, onlardan 18-də nokautla, üç döyüşdə biri erkən olmaqla, məğlubiyyətlə üzləşib.

Bamba həm də keçmiş ABŞ dəniz piyadası idi və boks və fitnes təlimləri şirkətinə rəhbərlik edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2201

Oxşar yazılar

Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03