Soyuq hava, yüksək hərarət : Azərbaycanda yeni növ virus yayılıb
23 yanvar 2024 15:00 (UTC +04:00)

Soyuq hava, yüksək hərarət: Azərbaycanda yeni növ virus yayılıb

Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların oyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur. Hazırda virusa yoluxan insanlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. 

Bir çoxları bunun koronavirusun yeni ştammı olduğunu iddia edir.

Maraqlıdır, bu virus nə virusudur? Bu kimi xəstəliklərdən qorunmaq üçün insanlar nə etməlidir?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, pandemiyadan əvvəl də ilin bu vaxtları müxtəlif növ virus infeksiyaları mövcud idi. 

Onun sözlərinə görə, koronavirusun 4 ştammı da özünü soyuqdəymə ilə göstərir:

“Hazırki virus ilkin vaxtlarda özünü qızdırma, halsızlıq, zəifliklə biruzə verir. Koronavirusun omikron ştammının mutasiyaya uğramış variantları da vəziyyəti biraz qəlizləşdirir. Hazırda insanlar arasında yayılan viruslar həm koronavirusun omikron ştammının mutasiyaya uğramış variantları, həm qrip, həm də qızılcadır. Respirator viruslara yoluxduqda şəxsi gigiyenaya əməl etmək, yataq rejimində müalicə almaq vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11382
avatar

Arzu Qurbanlı

Oxşar yazılar