"Sosial mediada adı bəlli olmayan..." -  Türkiyəli ekspert
14 oktyabr 2022 17:01 (UTC +04:00)

"Sosial mediada adı bəlli olmayan..." - Türkiyəli ekspert

Türkiyədə internet məkanının tənzimləməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında səs çoxluğu ilə qəbul edilib. İnternet məkanının tənzimləməsi ilə bağlı qanun layihəsinin 29-cu maddəsinə görə yalan məlumatlar yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası veriləcək.
Heç kimə sirr deyil ki, Azərbaycanda da bəzi saytlar tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallar verilir. Həmçinin, sosial mediada yalan və böhtanın ciddi problem olması, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi hallarına qarşı həm qanunun tələblərinin, həm də tədbirlərin sərtləşdirilməsi zəruri edir. Bir sözlə, AZərbaycanda da belə bir qanuna ehtiyac var.

Türkiyəli politoloq, Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun Trend-ə aşıqlamasında qeyd edib ki,  Türkiyə sosial media vasitələrinin çox istifadə edildiyi bir ölkədir.
“Bu hal internet üzərindən yalan xəbər və informasiyaların yayılmasına da zəmin yaradır. Sosial mediada əsl adı bəlli olmayan, sadəcə saxta məlumatlar yayanlar mövcuddur. Bəzən bunların bütünlüklə qarşısını almaq mümkün olmur. Təbii ki, tək-tək insanlar bununla bağlı məhkəməyə, qanuna müraciət edə bilir. Lakin bu proseslər çox uzun zaman alır. Dünən Türkiyə Böyük Millət Məclisində internet məkanın tənzimləməsi ilə bağlı qəbul edilən qərar çərçivəsində bu kimi halların qarşısı alına bilər. İctimaiyyətdə narahatlıq doğuran, ictimai asayişlə bağlı məsələlərdən əlavə, dövlətlə bağlı həqiqəti əks etdirməyən fikirlərin yayıldığının dəfələrlə şahid olmuşuq. Hətta yalnız sosial mediada yox, bütünlüklə internet məkanında bunu görə bilərik.

Məsələn, Türkiyənin bir bölgəsində çıxan yanğınla bağlı o bölgə ilə heç əlaqəsi, məlumatı olmayan və Türkiyə dövlətinin bu yanğının qarşısını ala bilmək potensialından xəbəri olmayan şəxslər beynəlxalq ictimaiyyətə əks olunacaq bir formada saxta xəbərlər yayırlar. Bunun kimi misallar təəssüf ki, çoxdur. Bu nöqtədə reallığı əks etdirməyən, yanlış məlumatların qarşısını almaq istiqamətində belə bir qərarın verilməsi çox müsbət bir addımdır”, – deyə S.Yeniacun əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar