
“Sonsuzadək qalacaq” – Dəhşət saçan PANDEMİYA AÇIQLAMASI

İnfeksion xəstəliklər üzrə mütəxəssislər və səhiyyə təşkilatlarının əməkdaşları koronavirus pandemiyasının endemik xəstəliyə çevriləcəyi barədə xəbərdarlıq ediblər.
Başqa sözlə, COVID-19 indiki kimi irimiqyaslı olmasa da, insanı daima müşayiət edəcək.
Lent.az “Hightechplus” portalına istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin variantlarından birini hazırlamış “Moderna” əczaçılıq şirkətinin icraçı direktoru Stefan Bansel də həmkarlarının bu fikirləri ilə razılaşdığını bildirib.
S.Bansel qeyd edib ki, cəmiyyət bu virusla ömür boyu yaşamalı olacaq:
Bu cür fikirlərlə, həmçinin, Böyük Britaniyanın baş elmi məsləhətçisi Patrik Vallanse də razılaşıb. O, COVID-19-un tamamilə məhv olacağına şübhə ilə yanaşdığını deyib:
“Bu xəstəlik qrip kimi mövsümü xəstəliyə çeviriləcək”.
Qeyd edək ki, ABŞ-ın Ohayo ştatının paytaxtı Kolumbus şəhərində 3 həftə ərzində sürətlə yayılan virusun yeni mutasiya variantı aşkarlandı. Daha öncə isə virusun yeni mutasiyaları Böyük Britaniyada, Yaponiyada və Cənubi Afrika Respublikasında meydana çıxmışdı.

Rəsul .
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51