"Şəhidlər Xiyabanına şəxsi maşınınızla gəlməyin" - Yol polisindən MÜRACİƏT
27 sentyabr 2021 15:59 (UTC +04:00)

"Şəhidlər Xiyabanına şəxsi maşınınızla gəlməyin" - Yol polisindən MÜRACİƏT

Hazırda Şəhidlər Xiyabanı və İkinci Şəhidlər xiyabanı istiqamətində sıxlıq müşahidə olunur.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, vətəndaşların sıxlıq müşahidə olunan ərazilərə şəxsi avtomobillərlə gəlməməsi xahiş olunur:

Araz Əsgərli

“Anım günü münasibətilə insanların Şəhidlər Xiyabanı və ikinci şəhidlər xiyabanına kütləvi axını müşahidə edilir. Bu səbəblə əraziyə 10-dan çox yol patrul xidməti avtomobili cəlb olunub. YPX əməkdaşları ərazidə xidmət apararaq, təhlükəsizliyin qorunmasına və ziyarətçilərin rahat hərəkətinə şərait yaradırlar. Şəhidlər Xiyabanı və Qurd qapısından keçərək hərəkət edən sürücülərdən xahiş edirik ki, alternativ yollardan istifadə etsinlər. Ziyarətə gələnlərdən isə xahişimiz budur ki, piyadaları da nəzərə alaraq, mümkün qədər şəxsi avtomobillərlə gəlməsinlər yaxud avtomobilləri bir az kənarda saxlasınlar”.

# 2040
avatar

Mehman Nəbiyev

Oxşar yazılar