Sabah da yağış yağacaq  - hava PROQNOZU
29 aprel 2026 12:34 (UTC +04:00)

Sabah da yağış yağacaq - hava PROQNOZU

0

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar