Sabah  QAR   yağacaq -  PROQNOZ
20 dekabr 2021 12:52 (UTC +04:00)

Sabah QAR yağacaq - PROQNOZ

Dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

# 6072
avatar

Oxşar yazılar