Sabah hava  çiskinli olacaq   - PROQNOZ
18 yanvar 2023 12:18 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 1197
avatar

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39