Ramazanın dördüncü gününün imsak və iftar  vaxtı
14 mart 2024 00:05 (UTC +04:00)

Ramazanın dördüncü gününün imsak və iftar vaxtı

Bu gün Ramazan ayının dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:28-də, ifrat vaxtı saat 19:01-dir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının dördüncü günün imsak duasını təqdim edir:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”. 

Tərcüməsi: “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”


İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!
 

# 12819
avatar

Sevinc Fərid

Oxşar yazılar