Qarşısını ala bilmədiyimiz QIŞ:  Soyuq hava nə gətirəcək? – Oxumanız məsləhətdir
15 noyabr 2024 10:40 (UTC +04:00)

Qarşısını ala bilmədiyimiz QIŞ: Soyuq hava nə gətirəcək? – Oxumanız məsləhətdir

Azərbaycanın bir sıra dağlarında qar yağır! Bu normaldır. Amma beynəlxalq meteoroloji xidmətlərin son hava hesabatına görə, bu il bir az soyuq keçəcək.

Lent.az bir sıra beynəlxalq mənbədən sizin üçün araşdırma aparıb.

Balkanlarda vəziyyət artıq çətindir. Məlumata görə, o soyuq üzü bəri gəlir. Yəni bu soyuq ölkəmizə də təsirsiz keçməyəcək. Hətta yayda istisindən boğulduğumuz rayonlarda da havanın dumanlı, buludlu olacağı gözlənilir. Hətta bu dəfə küləyin də  şimaldan əsəcəyini proqnozlaşdırırlar. Amma özünüzü çox qorxutmayın külək arabir mülayim də əsəcək.

Problem əsasən yağış yağanda olur. Əslində yağış olanda hava tozdan təmizlənir. Lakin kəndlər palçıq, şəhər də başıbəlalı olur. Güclü leysan özü ilə sonra sel gətirir. Bu təbii prosesdir, heç cür qarşısını ala bilmirlər. Hətta beynəlxalq şirkətlərdə oturan alimlər deyir ki, tufan da gözlənilir. Onsuz da onların hər dediyi olmur. Sadəcə sel, şimşək kimi təbii fəlakətlər kəndlər arası nəqliyyatın kəsilməsinə gətirib çıxarır. Ona görə də alimlər deyir ki, buna qarşı indidən diqqətli və tədbirli olmaq lazımdır. Burasını isə qulaqardına vurmayaq.

Balkanlardan gələn soyuq hava özü ilə qar da gətirəcək. Bir sözlə lazımı olanlar xizəkləri hazırlasın. Bircə xizək kurortlarının bəxti gətirəcək, müştəriləri artacaq.

Şaxtalı havada sürücülər də diqqətli olmalıdır. Şüşələr və güzgülər şaxtadan donur.

Qar özü ilə bərəkət gətirir. Lap yaxşı. Bircə fəlakət gətirməsin.

Skuteri olanlara XƏBƏRDARLIQ

Sizin skuteriniz var lap yaxşı. Amma yağışlı, qarlı havada onunla küçəyə çıxmayın. Yoxsa, mənzil başına kimi yarıyacan su olacaqsınız.

Çay kənarında yaşayanlara da Fövqəladə Hallar Nazirliyi dönə-dönə xəbərdarlıq edib. Ümid edirik ki, onla öz tədbirlərini artıq görüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 47710

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07