"Prezident hər zaman müharibə iştirakçılarına və onların ailələrinə qayğı ilə yanaşıb"
02 avqust 2022 16:00 (UTC +04:00)

"Prezident hər zaman müharibə iştirakçılarına və onların ailələrinə qayğı ilə yanaşıb"

“Qarabağ müharibəsi başlayan ilk gündən bu günə qədər Vətən müharibəsi iştirakçıları da daxil olmaqla Qarabağ qaziləri və şəhid ailələrinə sığorta pulları ödənilməli idi. Lakin qanunvericilik buna imkan vermirdi. Prezident İlham Əliyev qanunvericiliyin yaratdığı problemi həm şəhid ailələri, həm də Qarabağ əlilləri üçün “birdəfəlik ödəmə” ilə həll etdi. Bu, dövlət başçısının şəhid ailələrinə və qazilərə növbəti humanitar yanaşmasıdır. Biz bunu yüksək qiymətləndiririk”.

Bu sözləri Lent.az-a açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibədə iştirak edən insanlara, oların ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb: 

"Bu gün Nazirlər Kabinetinin qərarı ilə ödənişlər həyata keçirildi. Prezident onu da tövsiyə etmişdi ki, bütün güc strukturları müharibə qazilərinin siyahısını hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Həmin siyahılar da hazırlanıb, təqdim olundu. Siyahı 17-20 min insanı əhatə edir. Belə ki, I qrup əlillərə 8800, II qrup əlillərə 6600, III qrup əlillərə 4440 manat birdəfəlik sığorta pulu ödənəcək. Bu da cənab İlham Əliyevin qazilərə, şəhid ailələrinə göstərdiyi diqqətin sübutudur. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunun yaratdığı problemi yaxından bilən təşkilat olaraq, “Qarabağ qaziləri” İctimai Birliyi adından bu humanitar addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk. Biz - Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Onun Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində gördüyü bütün işləri dəstəkləyirik". 

# 3606
avatar

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55