“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin
03 sentyabr 2021 11:31 (UTC +04:00)

“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin

Peyvəndlərlə bağlı MÜHÜM AÇIQLAMA

“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi, əslən türk olan Uğur Şahin koronavirus əleyhinə olan peyvəndlərlə bağlı növbəti açıqlama verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, U.Şahin bildirib ki, 2019-cu ildə 10 min peyvənd hazırlanıb:

"Ortağımız olan "Pfizer" şirkəti ilə il sonuna qədər 1 trilyondan çox peyvənd istehsal edəcəyik. Bu möhtəşəm artımdır".

Baş direktor qeyd edib ki, peyvəndlərin 2 və 6 aydan sonra təsir gücləri ilə bağlı araşdırma aparılır:

"Koronavirusun ştamlarının peyvəndlərə təsirlərini davamlı analiz edirik. "Delta" ştammına qarşı qorumanın da anticisim miqdarlarını azaltdığını görürük. Yenə də xəstəliyə qarşı güclü bir silahımız var. Bundan başqa gördük ki, peyvəndin ikinci dozasından sonra vurulan üçüncü doza daha yüksək anticisim miqdarı yaradır. Üçüncü dozadan sonra peyvənd koronavirusa qarşı 95 faiz təsirlidir".

 

# 5214
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar