"Palatka"larda toy belə keçiriləcək - RƏSMİ
24 iyun 2021 09:49 (UTC +04:00)

"Palatka"larda toy belə keçiriləcək - RƏSMİ

Daxili İşlər Nazirliyi “palatka” toylarının təşkili ilə bağlı qaranlıq qalan məsələlərə aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, şadlıq evlərindən kənar yerlərdə, toy çadırlarında keçirilən şənliklərdə yalnız 50 nəfərədək qonaq iştirak edə bilər.

Bu zaman tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq məcburidir. 50 nəfərdən artıq iştirakçı ilə çadırlarda toy mərasimi keçirilməsi tövsiyə olunmur. Həm şadlıq evlərində, həm də “palatka”larda keçirilən toylar saat 12-də bitməlidir.

Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda toyların müəyyən qaydalarla keçirilməsinə icazə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6891
avatar

Mehman Nəbiyev

Oxşar yazılar