“Nərimanov” dəmiryol stansiyası nə vaxt açılacaq?
21 sentyabr 2023 16:31 (UTC +04:00)

“Nərimanov” dəmiryol stansiyası nə vaxt açılacaq?

Son günlərdə “Nəriman Nərimanov” dəmiryol stansiyasının açılması ilə bağlı Lent.az-ın redaksiyasına çoxsaylı müraciətlər olub. 

Belə ki, Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarı sözügedən dəmiryol stansiyasından keçir. Lakin stansiya işlək vəziyyətdə olmadığından qatar burada dayanmır. 

Maraqlıdır, görəsən, “Nəriman Nərimanov” dəmiryol stansiyası nə vaxt fəaliyyətə başlayacaq?

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir:

“Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.

# 3996
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06