Nazir:  "Amnistiyaya düşən məhkumların 2600-dan çoxu azadlığa buraxılıb”
30 dekabr 2021 21:01 (UTC +04:00)

Nazir: "Amnistiyaya düşən məhkumların 2600-dan çoxu azadlığa buraxılıb”

 

“Dövlət başçısının təşəbbüsü ilə noyabrın 5-də Zəfər Günü münasibətilə amnistiya qərarının qəbulu ölkə Prezidentinin humanizm siyasətinin növbəti təzahürü olmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş edib”.

APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dən çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. Hazırda amnistiya qərarının icrası davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar