Sədərəkdə yağan yağış fəsadlara səbəb olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 26.05.2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Qaraağac kəndində yağan intensiv yağışlar nəticəsində 2 fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb. Dövlət Yanğın Mühafizə hissəsinin müvafiq qüvvələri tərəfindən suyun çəkilməsi işləri aparılıb.
***
20.33
Naxçıvan Muxtar Respublikasında yağışlı hava şəraiti müşahidə olunur.
Lent.az APA-ya istinadla xəbər verir ki, günün ikinci yarısında Sədərək rayonuna güclü leysan yağıb. Rayon ərazisinə yağan leysan nəticəsində yaşayış məntəqələrindən sel keçib.
Hazırda Naxçıvan şəhərində yağış davam edir.