Məktəbəqədər hazırlıq üçün qeydiyyat vaxtı AÇIQLANDI
07 avqust 2021 16:06 (UTC +04:00)

Məktəbəqədər hazırlıq üçün qeydiyyat vaxtı AÇIQLANDI

Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

# 74943
avatar

Oxşar yazılar