Bakıda məktəblərin birində müəllimi şagirdlərin döyməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a bildirildiyinə görə, Bakı şəhəri 17 saylı tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır. Ümumiyyətlə, 17 saylı tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.
Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır