Əlillik yeni meyarlarla təyin olunacaq - RƏSMİ
04 avqust 2020 11:09 (UTC +04:00)

Əlillik yeni meyarlarla təyin olunacaq - RƏSMİ

Əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən yeni meyarlar hazırlanır.

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin: “Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3373
avatar

Oxşar yazılar