Koronavirusla bağlı  SON STATİSTİKA:   1245 nəfər yoluxdu, 13 nəfər öldü
18 oktyabr 2021 18:33 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA: 1245 nəfər yoluxdu, 13 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17862 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar