Koronavirusdan ölənlərin sayı kəskin artdı -  SON STATİSTİKA
22 noyabr 2021 19:02 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı kəskin artdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1 283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376

Oxşar yazılar