Koronavirusdan daha iki nəfər öldü -  SON STATİSTİKA
09 iyul 2021 16:36 (UTC +04:00)

Koronavirusdan daha iki nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ QərargahdanLent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.

# 1599
avatar

Oxşar yazılar