Koronavirusdan 1 nəfər öldü -  SON STATİSTİKA
09 iyun 2021 16:31 (UTC +04:00)

Koronavirusdan 1 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib, aktiv xəstə sayı ... nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, ötən müddət ərzində isə ümumilikdə 3589231 test aparılıb.

# 3993
avatar

Oxşar yazılar