Kənd qadınları mükafat alacaq - SƏBƏB
11 oktyabr 2021 14:19 (UTC +04:00)

Kənd qadınları mükafat alacaq - SƏBƏB

15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür. O qadınlar ki, torpağın dilini əla bilirlər, onu nəvazişlə becərir və istehsal etdikləri hər məhsula bacarıqları ilə bahəm sevgilərini də qatırlar. O qadınlar ki, çətin şəraitdə, mürəkkəb relyefdə keyfiyyəti məhsul yetişdirərək, süfrələrimizə inanılmaz ləzzətlər bəxş edirlər.

Lent.az-a Azərbaycan Kənd Qadınları Assosiasiyasından bildirilib ki, sözügedən cəsur fermer qadınlar güclərini Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşdiriblər. Bayrama töhfələrini isə bu gün Tovuzda keçirilən Regional Konfrans və Ərzaq Sərgisində verirlər. Ağdam, Gədəbəy, Goranboy, Tovuz, Qazax və Ağstafadan gələn kənd qadınları ziyarətçilərini təbii məhsullar və ərzaqlarla zəngin sərgi-satış meydanında sevindirərək, təcrübələrini də bölüşürlər. Konfransa Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının, Aqrar Kreditlər və İnkişaf Agentliyinın, USAID təşkilatının nümayəndələri də qatılıblar. 

Analoji tədbir oktyabrın 13-də Şamaxı, Şəki, Qax, Zaqatala, Balakən, Bərdə və Tərtər rayonlarından olan fermer qadınların iştirakı ilə Qax şəhərində keçiriləcək. Oktyabrın 15-də isə Bakıdakı Park İnn otelində 30 əməkçi qadın öz alın tərinin, halal zəhmətinin və torpağa bağlılığının layiqli mükafatını alacaq.

Qeyd edək ki, Gülbəniz Qənbərovanın rəhbərlik etdiyi Kənd Qadınları Assosiasiyası aztəminatlı işsiz qadınların bir araya gələrək qrup biznesi yaratmasını dəstəkləyir. Artıq 20 rayonda 44 Qadın İnkişaf və Müəssisə Qrupları fəaliyyətdədir. 

# 4491
avatar

Oxşar yazılar