Jurnalist pəncərədən  çılpaq vəziyyətdə   düşüb öldü -  YENİLƏNİB  - VİDEO
27 dekabr 2021 21:04 (UTC +04:00)

Jurnalist pəncərədən çılpaq vəziyyətdə düşüb öldü - YENİLƏNİB - VİDEO

Moskvada çılpaq vəziyyətdə pəncərədən düşüb ölən bloklanan “Sputnik və Poqrom” layihəsinin yaradıcısı, jurnalist Yeqor Prosvirnindir.

Lent.az-ən Rusiya mediasına istinadla verdiyi xəbərə görə, onun intihar etdiyi də istisna olunmur.

“İlkin məlumatlara görə, ölən zaman 35 yaşlı Prosvirnin sərxoş ola bilərdi. Hələlik baş verənlərlə bağlı iki əsas versiya var: intihar və bədbəxt hadisə. Qonşuların dediyinə görə, kişi ölməzdən əvvəl pəncərədən bıçaq və bibər qazı atıb”, - mənbə bildirib.

Digər məlumata görə, hadisə zamanı Yeqor Prosvirnin kirayədə qaldığı mənzildə tək olub. 

***

19:01

Moskvanın mərkəzində, Tverskaya küçəsində çılpaq kişi üçüncü mərtəbənin eyvanından yıxılıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, o, hadisə yerindəcə keçinib. 

“Ermənistan” restoranının qarşı tərəfində baş verən hadisə yerinə polis əməkdaşları gəliblər. 

Onun ciddi xəsarət nəticəsində həkimlər gələnə qədər öldüyü bildirilir. 

Şahidlərin sözlərinə görə, onun əlində bıçaq olub. 
 

Jurnalist pəncərədən çılpaq vəziyyətdə düşüb öldü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 79434
avatar

Oxşar yazılar