“İyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək”.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, müəyyən olunmuş qaydalara əməl olunmaqla iyunun 10-dan idman sağlamlıq obyektlərinin fəaliyyəti bərpa olunacaq.