İcbari sığorta ilə hansı dərman vasitələrini ala bilərik? - CAVAB
05 fevral 2024 16:03 (UTC +04:00)

İcbari sığorta ilə hansı dərman vasitələrini ala bilərik? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu icbari tibbi sığorta ilə bağlıdır.

Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər. Xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir.

Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir.

İcbari sığorta ilə hansı dərman vasitələrini ala bilərik?

Lent.az həmin dərman vasitələrini təqdim edir:

Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf

Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf

Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf

# 23331
avatar

Fidan İlqar

Oxşar yazılar