“Həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi aktivliyi aşağı salmaqdır”.
Lent.az məlumat verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqdə deyib.
O bildirib ki, həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır.