Hava kəskin dəyişəcək, güclü leysan və sulu qar  yağacaq - XƏBƏRDARLIQ
09 sentyabr 2025 18:15 (UTC +04:00)

Hava kəskin dəyişəcək, güclü leysan və sulu qar yağacaq - XƏBƏRDARLIQ

0

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar