Güclü qar yağacaq, yollar  buz bağlayacaq  - XƏBƏRDARLIQ
23 yanvar 2024 14:58 (UTC +04:00)

Güclü qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15036
avatar

Oxşar yazılar