Güclü qar yağacaq   - Hava XƏBƏRDARLIĞI
21 fevral 2024 16:53 (UTC +04:00)

Güclü qar yağacaq - Hava XƏBƏRDARLIĞI

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.

# 36759
avatar

Oxşar yazılar