Gözü qarşısında şagirdi döyülən məktəb direktoru İŞDƏN ÇIXARILDI
20 iyul 2022 16:56 (UTC +04:00)

Gözü qarşısında şagirdi döyülən məktəb direktoru İŞDƏN ÇIXARILDI

Lənkəranda məktəbliyə qarşı zorakılıq etməkdə təqsirli bilinən V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova işdən çıxarılıb.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G. Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Lənkəran Şəhər İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumata görə, məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib.

# 3663
avatar

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29