Gənclər arasında artan problemlərin səbəbi -EKOLOJİ TOKSİNLƏR
06 yanvar 2022 18:53 (UTC +04:00)

Gənclər arasında artan problemlərin səbəbi -EKOLOJİ TOKSİNLƏR

Kanadada 2 ildən artıqdır müşahidə edilən və mütəxəssislərin diqqətini çəkən nevroloji xəstəlik gündəmdədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Brunsvik ştatının iki əsas səhiyyə orqanından biri olan "Vitalite" Sağlamlıq Şəbəkəsinin əməkdaşı yerli saytlardan birinə bildirib ki, əvvəllər heç bir sağlamlıq problemi olmayan gənclər sürətli kilo itkisi, yuxusuzluq, düşüncə çətinliyi, məhdud hərəkətlilikdən və hallüsinasiyalardan əziyyət çəkirlər.

Bu xəstəliklə bağlı hazırda 48 xəstənin olduğu bildirilsə də, bunun 150-yə qədər yüksələcəyi bildirilib.

Adının çəkilməsini istəməyən Vitale Sağlamlıq Şəbəkəsinin əməkdaşı, bunun tək  Kanadaya aid olmadığını deyib. O, qeyd edib ki, Kanada da insanlar ətraf mühit faktorlarına daha çox məruz qaldığı üçün burada həmin xəstəliyə daha çox rast gəlinir.

Digər bir araşdırmada isə gənclər arasında yayılan bu xəstəliyin okeanlarda yaşayan siyanobakteriyalar və mavi-yaşıl yosunlar tərəfindən istehsal olunan ekoloji toksinlərin yaratdığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Aytəkin Cəlali

Oxşar yazılar