İyunun 9-da Türkiyənin və dünyanın ən böyük sənaye universitetlərindən olan Ostim Texnik Universitetinin Bakı ofisinin açılışı baş tutub. Ostim Texniki Universitetinin Azərbaycan ofisinin direktoru Fuad Hacıyev bununla bağlı Lent.az-ın suallarını cavablandırıb:
- Bir neçə gün öncə OSTİM Texniki Universitetinin Bakı ofisinin açılışı olub. Bu qısa müddətdə OSTİM Texniki Universitetinə maraq necədir?
- Əslində bu qədər maraq gözləmirdik. Bildiyimiz kimi, 44 günlük Vətən Müharibəsində qalib gəlməyimizdə, dronların da böyük rolu oldu. Nəzərə alsaq ki, bu dronlar OSTİM sənayesində hazırlanır, bu səbəbdən maraq gözlədiyimizdən daha artıq oldu. Bu universitetin məqsədi mühəndis yetişdirməkdir. Bizim tələbələrimiz OSTİM Texniki Universitetində oxumaqla gələcəkdə bizim müdafiyə sənayemizə yaxşı töhfə vermiş olacaqlar. Azərbaycanın hərbi bazasının yaxşılaşdırılmasında bu mühəndislərin böyük rolu olacaq və valideyinlər bunun fərqindədir. Biz nə qədər sülh sevər xalq olsaq da, hər zaman hər şeyə hazır olmalıyıq.
- Bəs OSTİM Texniki Universitetində təhsil haqqı necədir?
- Bu universitet hazırda azərbaycanlı tələbələr üçün təhsil haqqına 85 %-ə yaxın endirim edib. İllik təhsil haqqı 15000 dollar olsa da, azərbaycanlı tələbələr 2000 dollar ödəyir və qeydiyyat üçün hər hansı bir məbləğ tələb olunmur. Əgər hansı bir şəxs və şirkət onlardan qəbul üçün əlavə məbləğ tələb etsə, qətiyyən ödəməsinlər. Bu cür hallarla qarşılaşdıqda bizə bildirmələrini xahiş edirik. Bu universitetdə
oxumaq istəyən tələbə sənədləri ilə birlikdə bizə müraciət edir. Biz onun ilkin qəbulunu həyata keçirdirik və tələbə banka yaxınlaşaraq ödənişi bir başa universitetin hesabına ödəyir və daha sonra qəbzi bizə təqdim edir, bundan sonra tələbənin ikinci qəbulu həyata keçirilir.
- Tələbə adını qazanmaq istəyən şəxslər niyə başqa şirkətləri deyil də sizi seçməlidir?
- Çünki biz şirkət deyilik xidmət göstərmirik, ödəniş tələb etmirik. Biz OSTİM Texniki Universitetinin Azərbaycan şöbəsiyik. Tələbə bizə müraciət edir və biz onun qəbuluna kömək edirik.
- Hazırda Türkiyədə də qəbul imtahanlarına start verilib. Bəs kimlər Türkiyədə təhsil ala bilər?
- Tam orta təhsili olan hər kəs attestatla bakalavr təhsili, bakalavr diplomu olan hər kəs isə magistr təhsili ala bilər. Hər hansı bir qayda yoxdur, yaş həddi yoxdur. Hətta bizim 45-50 yaşlı tələbələrimiz olub ki, universitetlər onları sevə-sevə qəbul edib. Çünki, onlar oxumağa daha maraqlı olur.
- Tez-tez “Attestatla Türkiyədə təhsil” başlıqlı reklamlarla qarşılaşırıq, attestatla təhsil leqaldırmı?
- Əlbəttə ki, leqaldır. Bildiyimiz kimi, xarici vətəndaşlar da Azərbaycan universitetlərində attestatla təhsil ala bilir. Eyni şəkildə Azərbaycan vətəndaşları da attestatla Türkiyə universitetlərində təhsil ala bilir. Sadəcə, bəzi univesitetlər qəbul şərtlərini çətinləşdirmək üçün imtahandan keçməyi tələb edir ki, hər kəs rahat şəkildə qəbul ola bilməsin. YÖS, SAT kimi imtahanlar var ki, universitet prestijinə uyğun olaraq bu imtahanları tələb edir. Əgər, tələbə seçdiyi ixtisası başqa universitetdə oxumaq istəyirsə, o zaman imtahan verməyinə ehtiyac qalmır. Bu tələbənin seçimindən asılıdır.
- Attestatla sadəcə özəl, yoxsa dövlət universitetlərinə də qəbul olmaq olur?
- Türkiyənin bir çox dövlət və bütün özəl universitetinə qəbul mümkündür. Sadəcə bəzi ixtisaslar var ki, onların qəbul şərtləri fərqlidir. Məsəl üçün, attestatla Türkiyənin Bahçeşehir Universitetinin maliyyə fakültəsinə qəbul mümkündür, ancaq tibb fakültəsinə attestatla qəbul mümkün deyil. Bu fakultə üçün daha çox rəqabət var. Bir çox bölgə universitetləri attestatla qəbula daha maraqlıdır. Əksər insanlar böyük şəhərlərdə təhsil almağı üstün tutur. Artıq İzmirdə yerləşən “9 Eylül” və Eskişehirdə yerləşən Anadolu, OsmanQazi Universiteti də attestatla tələbə qəbulunu həyata keçirir.
- Azərbaycanda qəbul imtahanından kəsilmiş şagird vaxt itirmədən həmin il Türkiyə universitetinə müraciət edə bilərmi?
- Bəli, attestatında 2 yoxdursa, qəbul üçün müraciət edə bilər. Bizdə isə qəbul olmaq daha çətindir, təhsil prosesi isə nisbətən asandır. Türkiyədə təhsil daha yüksək səviyyəli olduğu üçün təhsil prosesi çətin olur. Universiteti bitirmək üçün daha əzimli çalışmaq lazım olur. Qəbul isə azərbaycanlı tələbələr üçün asandır.
- Türkiyədə təhsil alan tələbənin diplomu Azərbaycanda tanınırmı? Onlar işə qəbul zamanı hər hansı bir problemlə üzləşirlər?
- Türkiyədə əyani oxuyan tələbələrin diplomları 100 % tanınır. Ancaq Azərbaycanın Təhsil Nazirliyi Türkiyədə qiyabi təhsil alan tələbələrin diplomlarını hazırda tanımır. Bu barədə öncədən insanları xəbərdar etmək lazımdır. Böyük ehtimal yaxın zamanlarda qiyabi təhsil alan tələbələrin diplomu da tanınacaq, çünki dünya artıq distant təhsil sisteminə keçib.
- Bəs Türkiyə universitetlərində təhsil haqları necədir?
- Türkiyədə təhsil haqları baha deyil. Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin tələbələri Türkiyədə pulsuz təhsil alır. Digər tələbələr üçün qiymətlər seçdiyi bölgədən, universitetdən və fakültədən asılı olaraq təxmini 300-1000 manat arasında dəyişir. Daha ucuz təhsil təklif edən universitetlər də var.
- Bəzən tələbələr təhsili başa vurduqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bəs işə qabul zamanı orada Türkiyə vətandaşları ilə eyni haqlara sahib olurmu?
- Bəli, eyni haqlara sahib olurlar. İşə qəbul sırf tələbənin potansialından asılıdır. Məsəl üçün OSTİM Texnik Universiteti var ki, Ankara şəhərində yerləşir. Universitetin yaradılma səbəbi Türkiyə sənayesində işləyən mühəndisləri özlərinin yetişdirmə istəyidir. Universiteti yaxşı nəticələrlə bitirən tələbələr işlə təmin edilir. Fərqi yoxdur Azərbaycan vətandaşı və ya Türkiyə vətandaşıdır.
Qeyd edək ki, şirkətin onlayn app sistemi var.
Qeyd edək ki, şirkətin onlayn app sistemi var. Tələbələr bu https://apply.studyinturkey.az ünvandan həm OSTİM Texniki Universitinə, həm də digər özəl universitetlərə online müraciət edib heç bir xidmət haqqı ödəmədən qəbul ola bilərlər.
www.ostimteknik.edu.tr
tel:+994555559119
www.ostimteknik.edu.tr
www.ostimteknik.edu.az