Əcnəbi tələbələrin təhsili belə  TƏŞKİL OLUNACAQ
22 noyabr 2021 12:25 (UTC +04:00)

Əcnəbi tələbələrin təhsili belə TƏŞKİL OLUNACAQ

Pandemiya ilə əlaqədar sərhədləri bağlı ölkələrdən Azərbaycan universitetlərinə qəbul olan tələbələrin ölkəyə gəlməsi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkədən gələn tələbələrin əyani tədrisdə iştirakı təmin edilir. Bununla yanaşı, digər ölkələrin aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər.

Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırılıb. Yerli ali təhsil müəssisələrinə ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması tapşırılıb.

 

# 1554
avatar

Aytəkin Cəlali

Oxşar yazılar