Türkiyənin Adana şəhərində dördbuynuzlu qoçun qiyməti hamını təəccübləndirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhər sakini Mikayıl Satılmış “Bərəkət” adlı qoçunu Qurban Bayramı üçün satışa çıxarıb.
Satılmış qoçu bu günə qədər çox adamın almaq istədiyini, lakin o bunu qəbul etmədiyini bildirib. Bu bayram isə onu satmaq qərarına gəlib.
Qeyd edək ki, 4 buynuzlu qoçun qiyməti 10 min lirə, təxminən 2000 manatadır.
Sevinc Fərid