Direktor şagirdi forma geyinməyə məcbur edə bilərmi? - Nazirdən CAVAB
27 iyul 2022 13:02 (UTC +04:00)

Direktor şagirdi forma geyinməyə məcbur edə bilərmi? - Nazirdən CAVAB

“Məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir”.

Lent.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil:

“Bu tövsiyəedici qaydalardır. Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, Nazirlik gedib onu məktəbdə yoxlamayacaq, yaxud əksinə direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin”.

# 3288
avatar

Fidan İlqar

Oxşar yazılar